Xəzər Xəbər

Kreml: Çernobıl AES-ə PUA hücumu ilə bağlı ittihamlar təxribatdır

Dünya | 14:36 • 14 Fevral 2025
Kreml: Çernobıl AES-ə PUA hücumu ilə bağlı ittihamlar təxribatdır

Kreml Ukrayna tərəfinin Rusiya PUA-larının Çernobıl Atom Elektrik Stansiyasının dağılmış enerji blokunu vurması məlumatına münasibət bildirib.

Xezerxeber.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Rusiyaya məxsus dronların gecə saatlarında Çernobıl Atom Elektrik Stansiyasının dağılmış enerji blokunu vurması və qoruyucu sarkofaqı zədələməsi ilə bağlı ittihamlarını növbəti təxribat adlandırıb.

"Çox güman ki, söhbət növbəti təxribatdan, saxtakarlıqdan gedir. Kiyev rejimi məhz bunu sevir və bəzən etməkdən çəkinmir", - Kremlin sözçüsü vurğulayıb.

Xəbər lenti