Xəzər Xəbər

Qəzzada atəşkəsin təxirə salındığı müddətdə 19 nəfər öldürülüb

Dünya | 15:00 • 19 Yanvar 2025
Qəzzada atəşkəsin təxirə salındığı müddətdə 19 nəfər öldürülüb

Qəzzada bu gün yerli vaxtla saat 08.30-da qüvvəyə minməli olan atəşkəsin saat 11.30-a təxirə salınması nəticəsində ölən və yaralananların sayı açıqlanıb.

Xezerxeber.az-ın xəbərinə görə, Qəzzadakı səhiyyə qurumu bu müddət ərzində İsrail Ordusunun zərbələri nəticəsində 19 nəfərin öldüyünü açıqlayıb.

Yaralıların sayı isə 36 nəfərdir.

Qeyd edək ki, Qəzza zolağında atəşkəsə dair razılaşma bu gün yerli vaxtla saat 08.30-da qüvvəyə minməli olsa da, saat 11.15-ə təxirə salınıb. HƏMAS tərəfindən azad ediləcək girovların siyahısı təqdim edilmədiyi üçün İsrail Baş naziri Binyamin Netanyahu Orduya HƏMAS-a zərbələri davam etdirmək göstərişi verib. Siyahının texniki səbəblərdən gecikdiyini açıqlayan HƏMAS-ın siyahını təqdim etməsindən sonra saat 11.15-də Qəzza zolağında atəşkəs qüvvəyə minib.

Beləliklə, HƏMAS bu gün 3 israilli qadın girovu - Romy Gonen, Emily Damari və Doron Steinbrecheri azad edəcək.

Xəbər lenti