Xəzər Xəbər

Çin lideri Trampla telefon danışığı aparıb YENİLƏNİB

Dünya | 19:00 • 17 Yanvar 2025
Çin lideri Trampla telefon danışığı aparıb

"Si Cinpin və mən dünyanı daha sülhsevər və təhlükəsiz etmək üçün mümkün olan hər şeyi edəcəyik".

Xezerxeber.az xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" platformasındakı paylaşımında bildirib.

“Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə danışdım. Bu zəng həm Çin, həm də ABŞ üçün çox yaxşı oldu. Ümid edirəm ki, bir çox problemləri birlikdə və dərhal həll edəcəyik. Ticarət, Fentanyl, TikTok və bir çox başqa mövzuları balanslaşdırılmış şəkildə müzakirə etdik”, - Tramp paylaşımında qeyd edib.

18:32

Yanvarın 17-də Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin ilə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Çinin rəsmi mediası məlumat yayıb.

Telefon danışığının detalları barədə hələlik açıqlama yoxdur.

 

Xəbər lenti