Xəzər Xəbər

Rusiyanın səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb

Dünya | 16:15 • 15 Yanvar 2025
Rusiyanın səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin televiziyada səsləndirdiyi fikirlərə görə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in bəyanatında deyilir.

İrəvan Sergey Kopırkinin yanvarın 12-də xəbər proqramlarından birində səsləndirdiyi fikirləri “Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı təhdid” kimi qiymətləndirib.

“Nazirlikdə səfirə müvafiq etiraz notası təqdim olunub”, - deyə XİN-in bəyanatında bildirilir.

Qeyd edək ki, Sergey Kopırkin Rusiyanın VQTRK telekanalının “Vesti nedeli” proqramında Zəngəzur dəhlizinin Bakı üçün əhəmiyyətindən danışıb.

Xəbər lenti