Xəzər Xəbər

Makron yeni baş nazirin təklif etdiyi nazirlərin siyahısını rədd edib

Dünya | 15:50 • 19 Sentyabr 2024
Makron yeni baş nazirin təklif etdiyi nazirlərin siyahısını rədd edib

Fransa Prezidenti Emmanuel Makron ölkənin yeni Baş naziri Mişel Barnyenin kabinetində görmək istədiyi nazirlərin siyahısını qəbul etməyib.

Xezerxeber.az xəbər verir ki, “Monde” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.

Qəzetin məlumatına görə, son günlərdə hökumətin tərkibi ilə bağlı fikir ayrılığı səbəbindən dövlət başçısı ilə baş nazir arasında münasibətlər pisləşib.

Fransa lideri parlamentdə cəmi 47 yer tutan sağçı Respublikaçılar partiyasının nümayəndələrinin hökumətdəki sayının əsassız olduğunu iddia edərək təklifi qeyri-məqbul hesab edib. Belə ki, Baş nazirin təklif etdiyi variantda onlar daxili işlər naziri, ədliyyə naziri və iqtisadiyyat naziri kimi əsas postlar da daxil olmaqla, hökumətdəki yerlərin dörddə birini və ya üçdə birini tutacaqlar.

Qeyd edək ki, Fransada keçirilən növbədənkənar parlament seçkilərində sol blok 577 mandatdan 182-ni qazanaraq qalib olub. Emmanuel Makronun koalisiyası 168 mandatla ikinci, sağçı “Milli birlik” partiyası və onun müttəfiqi olan respublikaçılar isə 143 mandatla üçüncü yeri tutub. Beləliklə, heç bir siyasi qüvvə yeni hökuməti formalaşdırmaq üçün yetərli səs çoxluğu əldə edə bilməyib.

Xəbər lenti

Faktiki hava Açıqlandı
09:30 • 14 Dekabr 2024