Robert Koçaryanın cinayət işinə baxan hakim Anna Danibekyanın səlahiyyətlərinə xitam verilib.
Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, Ermənistan Ədliyyə Nazirliyi Anna Danibekyanın intizam məsuliyyətinə cəlb edilməsini tələb edən vəsatətlə Ali Məhkəmə Şurasına müraciət edib.
Nazirliyin məlumatına görə, Danibekyan hakimin davranış qaydalarını kobud şəkildə pozub, nəticədə təqsirləndirilən şəxslər, o cümlədən Robert Koçaryan cinayətin müddətinin başa çatması əsasında məsuliyyətdən azad edilib.