Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə Türk Evində “Qlobal Sıfır Tullantıya Doğru” tədbiri çərçivəsində imza mərasimi keçirilib.
Xezerxeber.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Qlobal Sıfır Tullantı Hərəkatında fərdi iştirakın təmin edilməsi məqsədilə imza üçün onlayn formatda açılan “Qlobal Sıfır Tullantı Xoşməramlı Bəyannaməsi”ni imzalayan ilk şəxs olaraq sıfır tullantı könüllüsü olub.
Prezident Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birlikdə hazırladığı reklam lövhəsini də imzalayıb.