Xəzər Xəbər

Pakistanda Ramazan izdihamında azı 11 nəfər ölüb

Dünya | 09:28 • 1 Aprel 2023
Pakistanda Ramazan izdihamında azı 11 nəfər ölüb

Cümə günü Pakistanın Kəraçi şəhərindəki fabrik qarşısında Ramazan ayı münasibətilə ehsan paylanması zamanı yaşanan izdihamda əksəriyyəti qadın və uşaqlar olmaqla, azı 11 nəfər ölüb, 10 nəfər yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bunu Kəraçi polis bölməsinin rəhbəri Məhəmməd Muqis Haşmi bildirib.

Onun sözlərinə görə, fabrik sahibi əvvəlcədən yerli rəhbərliyin icazəsini almayıb və təhlükəsizlik tədbirləri görülməyib.

Fabrikin direktoru da daxil olmaqla, azı 6 nəfər həbs edilib.

Yaralılardan bir neçəsinin vəziyyəti ağır olduğundan, ölənlərin sayı arta bilər.

Xəbər lenti