Xəzər Xəbər

Ermənistanın müdafiə naziri hərbçiləri başına toplayıb FOTO

Dünya | 12:00 • 28 Mart 2023
Ermənistanın müdafiə naziri hərbçiləri başına toplayıb

Ermənistan Müdafiə Nazirliyində Silahlı Qüvvələrin rəhbərliyinin əməliyyat toplanışı keçirilir.

Xezerxeberaz xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

3 günlük təlim-məşq toplanışı hazırlıq planına uyğun olaraq martın 28-dən başlayıb. Məruzələrin dinlənilməsi və nümunəvi təlimlərin keçirilməsi nəzərdə tutulub.

Toplanışa Ermənistanın müdafiə naziri Suren Papikyan, baş qərargah rəisi və ordu rəhbərliyinə daxil olan digər yüksək rübtəli hərbçilər cəlb olunub.

Xəbər lenti