Xəzər Xəbər

Qrossi Zelenski ilə görüşdü NÜVƏ MÜZAKİRƏSİ

Dünya | 17:51 • 27 Mart 2023
Qrossi Zelenski ilə görüşdü

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Zaporojyedə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rafael Qrossi "Twitter" hesabında məlumat verib.

"Bu gün Zaporojye şəhərində Prezident Zelenski ilə görüşdüm və Zaporojye AES-in və onun əməkdaşlarının mühafizəsi ilə bağlı ətraflı fikir mübadiləsi apardım. AEBA-nın Ukraynanın nüvə obyektlərinə tam dəstəyini bir daha bəyan etdim", - Qrossi vurğulayıb.

Xəbər lenti