Xəzər Xəbər

Bayden Polşaya səfəri zamanı Zelenski ilə görüşə bilər

Dünya | 13:13 • 1 Fevral 2023
Bayden Polşaya səfəri zamanı Zelenski ilə görüşə bilər

ABŞ Prezidenti Cozef Bayden Polşaya planlaşdırılan səfəri əsnasında Ukrayna lideri Volodimir Zelenski ilə görüşə bilər.

Polşanın “Dziennik Gazeta Prawna” qəzeti yazır ki, görüşün fevralın sonlarında Varşava və ya Jeşuv şəhərində baş tutacağı gözlənilir.

Kiyevdəki mənbələrin məlumatına görə, Volodimir Zelenski görüşdə dinc nizamlama planını təqdim edəcək və Ukraynaya həsr olunan beynəlxalq konfransın təşkilinə çağıracaq. Həmçinin görüşdə Ukraynaya təhlükəsizlik zəmanəti və əsirlərin dəyişdirilməsi məsələsi müzakirə olunacaq.

Xəbər lenti