Xəzər Xəbər

Ərdoğan: Terror təşkilatlarının adını dəyişməklə onları dəstəkləyənlərin riyakarlığına dözə bilmərik

Dünya | 09:21 • 29 Noyabr 2022
Ərdoğan: Terror təşkilatlarının adını dəyişməklə onları dəstəkləyənlərin riyakarlığına dözə bilmərik

Vətən torpaqlarının və əhalimizin təhlükəsizliyi ilə bağlı addımlar atarkən heç kimdən icazə almadığımız kimi, heç kimə də hesabat vermirik. Terror təşkilatlarının adını dəyişməklə onları dəstəkləyənlərin riyakarlığına dözmək məcburiyyətində deyilik.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra xalqa müraciətində ifadə edib.

Dövlət başçısı Türkiyənin terrorla mübarizəsinin bundan sonra da qətiyyətlə davam edəcəyini, dövlət sərhədləri boyunca təhlükəsizlik zonası yaratmağın hüquqi əsaslara söykəndiyini diqqətə çatdırıb.

“Ölkəmizi yersiz təhdidlərlə siyasi, diplomatik, iqtisadi və hərbi sahədə öz məqsədləri üçün əhəmiyyətsiz mövqelərə məcbur etməyə heç kimin gücü çatmayacaq. Heç kəs Türkiyənin təhlükəsizlik və sabitlik bölgəsini genişləndirmək naminə apardığı hərbi əməliyyatlardan narahat olmasın”,-deyə Türkiyə Prezidenti vurğulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan hökumətin sosial-iqtisadi layihələri və bu istiqamətdə görülən tədbirlər barədə də əhaliyə ətraflı məlumat verib.

Xəbər lenti