Xəzər Xəbər

Avropanın əksər dövlətlərinin İrandakı səfirləri etiraz notası alıblar

Dünya | 15:12 • 28 Noyabr 2022
Avropanın əksər dövlətlərinin İrandakı səfirləri etiraz notası alıblar

Avropanın əksər dövlətlərinin İrandakı səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq etiraz notası alıblar.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniya, İsveç, Portuqaliya, Fransa, Avstriya İranda keçirilən kütləvi aksiyaların dağıdılması zamanı insanlara qarşı qəddar davranışa görə İran hökumətini tənqid ediblər. İran bu tənqidləri daxili işlərə qarışmaq kimi qiymətləndirib və həmin ölkələrin səfirlərini XİN-ə çağıraraq etiraz notası təqdim edib.

Almaniyanın İranda insan hüquqlarının pozulması ilə əlaqədar BMT İnsan Hüquqları Şurasının toplanması təşəbbüsü ilə çıxış etməsi rəsmi Tehran tərəfindən birmənalı qarşılanmayıb.

Almaniyanın İrandakı səfiri Hans Otto Motsel İran XİN-ə çağırılıb və ona etiraz notası təqdim olunub. Səfirin diqqətinə çatdırılıb ki, insan hüquqları məsələsi Avropa dövlətləri tərəfindən sui-istifadə olunur.

Səfir İranın etirazının dərhal öz hökumətinə çatdıracağını bildirib.

Xəbər lenti