Xəzər Xəbər

Britaniya Ukraynaya hərbi yardımı artıra bilər

Dünya | 11:51 • 28 Noyabr 2022
Britaniya Ukraynaya hərbi yardımı artıra bilər

Böyük Britaniyanın Baş naziri Rişi Sunak, ölkə rəhbərliyinin dəyişməsinə baxmayaraq, Londonun Ukraynanı dəstəkləmək öhdəliyinə sadiq olduğunu və Kiyevə hərbi yardımın saxlanmasını, hətta artırılmasını elan etmək niyyətindədir.

"The Guardian" nəşri yazır ki, Rişi Sunak bu fikirləri noyabrın 28-i axşamı Londonda biznes liderləri və diplomatlarla görüşdə səsləndirəcək. Qəzet onun çıxışından bir parçanı sitat gətirib: “"Şübhəniz olmasın. Biz Ukraynanı nə qədər lazımdırsa, o qədər dəstəkləyəcəyik. Gələn il hərbi yardımımızı saxlayacaq və ya artıracağıq... Ukraynanı müdafiə edərkən biz özümüzü müdafiə edirik".

The Guardian yazır ki, bu çıxış Rişi Sunakın Baş nazir vəzifəsinə başlamasından sonra xarici siyasətə dair ilk çıxışı olacaq.

Noyabrın 19-da Kiyevə səfər edən Böyük Britaniyanın Baş naziri Rişi Sunak Londonun Ukraynaya 125 zenit topu, həmçinin hava hücumundan müdafiəni gücləndirmək və pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün xüsusi texnika verəcəyini elan edib.

Xəbər lenti