Xəzər Xəbər

Ukrayna yeni "Bayraktar" PUA-ları alıb

Dünya | 11:30 • 2 Mart 2022
Ukrayna yeni "Bayraktar" PUA-ları alıb

Ukrayna yeni "Bayraktar" pilotsuz uçuş aparatları alıb.

Bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov feysbukda yazıb.

“Dünən ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə uzun söhbətim oldu. Hətta təcrübəli amerikalı hərbçilər belə müdafiəçilərimizin peşəkarlığından və xalqımızın əzmkarlığından məmnundurlar. Aldığımız yardımların sayı artır. Bu yardımı edən ölkələrin sayı da artır. Hətta onun üçün qeyri-mümkün hesab edilənlər də kampaniyaya qoşulur.

Artıq Ukraynaya yeni "Bayraktarlar" gəlib. Avropa bizə lazım olan müdafiəni təmin edir. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Mən bu gün ölkəmizi qoruyan hər kəslə fəxr edirəm”, - nazir bildirib. (Report)

Xəbər lenti