Bu il ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin sayı 130 min 641 nəfərə çatıb.
Xezerxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bu da ötən illə müqayisədə 12 min 138 nəfər artım deməkdir. DİM sədri qeyd edib ki, buraxılış imtahanlarında isə 119 min 296 şagird iştirak edib.