Xəzər Xəbər

Bu küçədə avtomobillə hərəkət tam məhdudlaşdırılır

Cəmiyyət | 12:19 • 15 May 2025
Bu küçədə avtomobillə hərəkət tam məhdudlaşdırılır

Mayın 17-də, saat 00:00-dan Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində tikintisi davam edən tunelin giriş hissəsinin qurulması ilə əlaqədar olaraq, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkəti tam şəkildə məhdudlaşdırılacaq. 

Xezerxeber.az-ın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumatına görə, məhdudiyyət tikinti işləri bitənə qədər qüvvədə olacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifafə etmələri xahiş olunur", - deyə agentlik bəyan edib. 

Xəbər lenti