Xəzər Xəbər

Bakının iki qəsəbəsində qaz olmayacaq

Cəmiyyət | 09:31 • 13 May 2025
Bakının iki qəsəbəsində qaz olmayacaq

Bu gün Bakının Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.

Bu barədə Xezerxeber.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə mayın 13-də saat 10:00-dan etibarən işlər başa çatanadək Maştağa və Qızıldaş qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti