Xəzər Xəbər

Azad olunmuş ərazilərə qayıdan sakinlərə çıxarışlar verilmir? AÇIQLAMA

Cəmiyyət | 16:44 • 22 Aprel 2025
Azad olunmuş ərazilərə qayıdan sakinlərə çıxarışlar verilmir?

Azad olunmuş ərazilərdə öz dədə-baba torpaqlarına yaşamağa qayıdanlara mənzillərin çıxarışlarının verilməməsi, onlarla sadəcə müqavilə imzalanması ilə bağlı xəbərlər yayılıb.

Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq normativ hüquq aktının layihəsi hazırlanıb.

Qeyd edilib ki, layihə qüvvəyə mindikdən sonra sözügedən yaşayış sahələri üzərində vətəndaşların hüquqlarının dövlət qeydiyyatının aparılması məsələsinə baxılması təmin ediləcək. (apa)

 

 

 

Xəbər lenti