Xəzər Xəbər

Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlanır

Cəmiyyət | 10:43 • 8 Aprel 2025
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlanır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.

Bu barədə Xezerxeber.az-a BŞTİ-dən məlumat verilib.

Müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər aprelin 8-dən 14-dək müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən maksimum 3-nü seçə bilər.

İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:

∙ Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış);

∙ Şəxsiyyət vəsiqəsinin surəti;

∙ İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

∙ Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

∙ Diplomun surəti;

∙ Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti.

Xəbər lenti