Xəzər Xəbər

Texniki Müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

Cəmiyyət | 14:10 • 12 Fevral 2025
Texniki Müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.

İdarədən Xezerxeber.az-a verilən məlumata görə, həmin mərkəzlər həftənin I-VI günləri saat 09:00-dan 22:00-dək, həftənin bazar və bayram günlərində isə saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Nəqliyyat vasitələrinin sahibləri və sürücülər avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər.

Xəbər lenti