Xəzər Xəbər

Nikah və boşanmaların sayı açıqlanıb

Cəmiyyət | 16:20 • 17 Yanvar 2025
Nikah və boşanmaların sayı açıqlanıb

Ötən ilin 11 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46146 nikah və 19597 boşanma halları qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Xəbər lenti