Xəzər Xəbər

Ölkənin bir çox şəhərlərində leysan yağır FAKTİKİ HAVA

Cəmiyyət | 09:08 • 22 İyun 2024
Ölkənin bir çox şəhərlərində leysan yağır

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Şabran, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlıda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 22-si gündüzədək, bölgələrdə isə 23-ü gündüzədək fasilələrlə davam edəcək.

Xəbər lenti