Xəzər Xəbər

Ayxan Hacızadə: Azərbaycanın sülh sazişində maraqlı olmamasının iddia edilməsi saxtakarlığın aşkar nümunəsidir

Cəmiyyət | 17:05 • 19 Mart 2023
Ayxan Hacızadə: Azərbaycanın sülh sazişində maraqlı olmamasının iddia edilməsi saxtakarlığın aşkar nümunəsidir

2020-ci il müharibəsindən sonra sülh sazişi imzalanması təşəbbüsü ilə çıxış edən, münasibətlərin qurulması üzrə 5 baza prinsiplərini və sülh sazişi mətnini təqdim edən Azərbaycanın sülh sazişində maraqlı olmadığının Ermənistan tərəfindən iddia olunması, saxtakarlığın növbəti dəfə açıq-aşkar nümunəsidir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına dair şərhində bildirilib.

A.Hacızadə vurğulayıb ki, 2020-ci il müharibəsindən sonra sülh sazişi imzalanması təşəbbüsü ilə çıxış edən, münasibətlərin qurulması üzrə 5 baza prinsiplərini və sülh sazişi mətnini təqdim edən Azərbaycanın sülh sazişində maraqlı olmadığının Ermənistan tərəfindən iddia olunması, saxtakarlığın növbəti dəfə açıq-aşkar nümunəsidir. Azərbaycanın sülh sazişi imzalamaq təklifinə bir ildən artıq müddətdə cavab verməyən, daha sonra sülh sazişinin imzalanmasını adətən uzun müddət çəkən delimitasiya prosesi və digər destruktiv təkliflərlə şərtləndirən Ermənistanın müxtəlif bəhanələrlə sülh sazişinə maneçilik törətməsi, müəyyən elementləri qabardaraq danışıqlar prosesinin mahiyyəti barədə çaşqınlıq yaratması yaxşı məlumdur.

“Ermənistan bu kimi bəyanatlarla, sülh sazişi üzrə danışıqlar prosesini süni şəkildə ləngitməsini, habelə 2022-ci ilin dekabr ayında danışıqların növbəti raundundan imtina edilməsi ilə prosesə son zərbəsini ört-basdır etməyə cəhd göstərir”, - deyə o qeyd edib.

Xəbər lenti