Xəzər Xəbər

Mingəçevir su anbarından Kür çayına 160 kub/saniyə su buraxılır

Cəmiyyət | 15:38 • 19 Mart 2023
Mingəçevir su anbarından Kür çayına 160 kub/saniyə su buraxılır

İqlim dəyişikliyi və məhdud su resursları şəraitində Kür çayının aşağı axarına digər çaylar üzrə daxilolmaların kritik səviyyədə azalması hesabına su təchizatında müəyyən çətinliklər müşahidə olunur. Bu çətinliklərin aradan qaldırılması məqsədilə martın 17-dən etibarən Mingəçevir su anbarından Kür çayına saniyədə 160 kubmetr, Yuxarı Qarabağ kanalına 80 kubmetr və Yuxarı Şirvan kanalına 50 kubmetr su buraxılır.

“Azmelsutəsərrüfat” Açıq Səhmdar Cəmiyyətindən (ASC) bildirilib ki, qeyd edilən su sərfləri mart ayı üçün xarakterik olmayan, yəni yüksək səviyyədədir. Belə ki, ötən ilin müvafiq dövründə Mingəçevir su anbarından Kür çayına saniyədə 90 kubmetr, Yuxarı Qarabağ kanalına 70 kubmetr və Yuxarı Şirvan kanalına 45 kubmetr su buraxılırdı.

Araz çayı üzrə su ehtiyatlarının kəskin şəkildə aşağı olması səbəbindən bu mənbədən təmin edilən suvarma sahələrinin suya olan tələbatının ödənilməsi məqsədilə Yuxarı Qarabağ kanalı vasitəsilə Araz çayı hövzəsinə - Bəhrəmtəpə hidroqovşağına saniyədə 22,4 kubmetr su transferi həyata keçirilir. Beləliklə, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın fəaliyyəti çərçivəsində son bir neçə il ərzində yaradılmış ehtiyatlar hesabına Kür çayının aşağı axarında yaranmış çətinliklərin cari ilin suvarma mövsümündə operativ qaydada tam tənzimlənməsi nəzərdə tutulur.

Ölkədə su ehtiyatları sahəsində gərgin şəraitin davam etdiyi bir zamanda qeyd edilənlərlə yanaşı su istifadəçiləri də öz öhdəliklərinə düşən, onlardan asılı olan məsələlərə məsuliyyətlə yanaşmalı, sudan qənaətli istifadə üçün bir sıra zəruri tədbirlər görməlidirlər. Belə ki, torpaqda aqrotexniki tədbirlər, hamarlama işləri, şırımların normalara uyğun açılması, digər tərəfdən selləmə suvarmasından imtina edərək suya qənaət edən suvarma üsullarından, habelə gecə suvarmasından istifadə edilməsi, məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipinə əsaslanan suvarma qrafiklərinə və sudan istifadə limitlərinə riayət edilməsi zəruridir.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti