Xəzər Xəbər

Bayram ərəfəsində bütün sosial yardımlar ödənildi

Cəmiyyət | 16:25 • 17 Mart 2023
Bayram ərəfəsində bütün sosial yardımlar ödənildi

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da qrafikdən əvvəl olmaqla bu gün tam ödənilib.

Nazirlikdən xezerxeber.az-a verilən xəbərə görə, bundan əvvəl martın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, martın 15-də ölkənin digər bölgələri üzrə, habelə qulluq stajına görə əlavələr alan pensiyaçıların mart ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, mart ayının bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi bayram ərəfəsində yekunlaşıb.

Xəbər lenti