Xəzər Xəbər

Bu yollarda sürət həddi endiriləcək FOTO

Bakı Nəqliyyat Agentliyi bununla bağlı təkliflər hazırlayıb
Cəmiyyət | 16:37 • 16 Mart 2023
Bu yollarda sürət həddi endiriləcək

Bakı Nəqliyyat Agentliyi paytaxtın 14 prospekt və küçəsində sürət həddinin azaldılması ilə bağlı təkliflər hazırlayıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli paylaşım edib.

Vüsal Kərimli bildirib ki, statistikalar paytaxt ərazisində baş verən yol- nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də yüksək sürət həddi olduğunu göstərir: "Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapmışdır.

Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanmış və Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmışdır. Sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılacaqdır".

Xəbər lenti