Xəzər Xəbər

FHN ötən sutka iki azyaşlını xilas edib

Doxsan səkkiz yanğına çıxış olub
Cəmiyyət | 10:15 • 15 Mart 2023
FHN ötən sutka iki azyaşlını xilas edib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 98 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində qəza-xilasetmə əməliyyatları zamanı 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib.

Xəbər lenti