Xəzər Xəbər

Müavinət, təqaüd və sosial yardımlar bayramdan qabaq ödəniləcək

Maliyyələşdirmənin təmin edilməsi üçün iş aparılır
Cəmiyyət | 14:23 • 14 Mart 2023
Müavinət, təqaüd və sosial yardımlar bayramdan qabaq ödəniləcək

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ölkənin digər bölgələri üzrə mart ayının pensiyalarının, həmçinin qulluq stajına görə əlavələr alan pensiyaçıların pensiyalarının martın 15-də ödənilməsi nəzərdə tutulur.

Xezerxeber.az xəbər verir ki, bu barədə Nazirlikdən xəbər verilib.

Bildirilib ki, Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayram ərəfəsində, yəni martın 17-də tam ödənilməsi planlaşdırılır.

Bu məqsədlə DSMF müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparır.

Qeyd edək ki, martın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları artıq verilib.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
515 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti