Xəzər Xəbər

Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş evlər sənədləşdirilə bilər

“Artıq fərdi evləri o torpaqlardan sökmək düzgün deyil"
Cəmiyyət | 12:07 • 26 Yanvar 2023
Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş evlər sənədləşdirilə bilər

“Bələdiyyə torpaqların təftiş olunmasına ehtiyac var. Torpaqların təyinatlından kənar istifadəsinə icazə verən insanlar müəyyənləşməli və məsuliyyətə cəlb olunmalıdır”.

Bunu bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Azər Badamov bildirib.

Azər Badamov deyib ki, əgər o torpaqlar örüş üçün nəzərdə tutulubsa, niyə fərdi evlərin tikintisinə icazə verildiyi araşdırılmalıdır: “Artıq fərdi evləri o torpaqlardan sökmək düzgün deyil. Həmin fərdi evlərin sənədləşdirilməsi məsələsi üzrə həllini tapmalıdır. Həmin ərazilərin təyinatının dəyişdirilməsi və evlərin sənədləşməsi məsələsi həllini tapmalıdır”. (APA)

Xəbər lenti