Xəzər Xəbər

Azərbaycanda daha 12 nəfər COVID-19-a yoluxub

Cəmiyyət | 19:38 • 23 Yanvar 2023
Azərbaycanda daha 12 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Xezerxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 827 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 316 nəfər müalicə olunaraq sağalıb, 10 068 nəfər vəfat edib, aktiv xəstə sayı 295 nəfərdir. Ölkədə son sutka ərzində 896, hazırkı dövrədək isə 7 472 527 test aparılıb.

Xəbər lenti