Pensiyaların minimum məbləğinin 240 manatdan 280 manata çatdırılması nəzərdə tutulur. Bu da yüz mindən çox vətəndaşın pensiyasının birbaşa artırılmasına təsir göstərəcək.
Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yanvarın 23-də keçilən iclasında komitə sədri Musa Quliyev deyib
Komitə sədri bildirib ki, pensiyaların sosial sığorta hissəsinin indeksasiya olunması nəticəsində bütün pensiyaçıların pensiyası təqribən 15 faiz artacaq.