Xəzər Xəbər

Elm və Təhsil Nazirliyinin işə qəbul üzrə müsahibələri ləğv edildi

Cəmiyyət | 17:48 • 30 Noyabr 2022
Elm və Təhsil Nazirliyinin işə qəbul üzrə müsahibələri ləğv edildi

Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyinin Təhsilin inkişafı və proqramları şöbəsinin Layihələr ilə iş sektorunda vakant məsləhətçi vəzifəsi üzrə 21 dekabr 2022-ci il – 6 yanvar 2023-cü il tarixlərinə təyin edilmiş müsahibələrini ləğv edilib.

Bu barədə xezerxeber.az-a DİM-dən bildirilib. 

Qeyd olunub ki, Mərkəzə noyabrın 28-də daxil olmuş Elm və Təhsil Nazirliyinin 25 noyabr 2022-ci il tarixli №05-9-2460/16 nömrəli məktubunda Nazirliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddi, habelə nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı və yeni yaradılan agentliklərin strukturu və işçilərinin say həddi ilə bağlı təkliflər hazırlanır.

“Əlavə olaraq bildiririk ki, qanunvericiliyin tələbinə əsasən, dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak isə ödənişlidir.

Müsahibələrin ləğv edilməsi namizədlərin ödənişsiz iştirak etmək hüququna malik olduğu müsahibə sayı hesablanarkən nəzərə alınacaq, habelə müsahibədə iştirak etmək üçün namizədlər tərəfindən ödənilmiş məbləğ geri qaytarılacaqdır”, - məlumatda deyilir.

Xəbər lenti