Xəzər Xəbər

Koronavirusa yeni yoluxma sayı açıqlanıb

Cəmiyyət | 16:34 • 26 Noyabr 2022
Koronavirusa yeni yoluxma sayı açıqlanıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 25 yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 min 193 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 942 nəfər müalicə olunaraq sağalıb, 9 min 976 nəfər vəfat edib. Aktiv xəstə sayı 275 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 15, bu günə qədər isə ümumilikdə 7 milyon 369 min 434 test icra olunub.

Xəbər lenti