Xəzər Xəbər

Şəkərli diabet xəstələrinin NƏZƏRİNƏ! - Bu qidaları gecə yeyə bilərsiniz

Cəmiyyət | 15:24 • 31 Oktyabr 2022
Şəkərli diabet xəstələrinin NƏZƏRİNƏ! - Bu qidaları gecə yeyə bilərsiniz

Amerika Diabet Assosiasiyasının dietoloqları deyirlər ki, bəzi gecə qəlyanaltıları nəinki arıqlamağa kömək edir, həm də sağlamlıq üçün faydalıdır.

XəzərXəbər Food.news-a istinadən xəbər verir ki, axşam yeməkləri, xüsusilə 1-ci və 2-ci tip diabetli xəstələrə kömək edə bilər. Mütəxəssislər bildirirlər ki, gecələr yağ tərkibi az olan proteinli qidaları yemək çox xeyirlidir. Bu yuxu zamanı orqanizmdə şəkərin səviyyəsini normallaşdırmağa kömək edir və qana qlükozanın buraxılmasını azaldır.

Beləliklə, sərt qaynadılmış toyuq yumurtaları qəlyanaltı üçün uyğundur. Hər birində 6,29 qram protein var. Yatmazdan əvvəl az miqdarda nişasta olan tərəvəzləri yemək eyni dərəcədə faydalıdır. Məsələn: xiyar, yerkökü ,albalı,pomidor. Onlarda yağ və karbohidratlar az olsa da vitamin və minerallarla zəngindirlər.

Siyahıda ən gözlənilməz məhsul isə yüksək kalorili qoz-fındıq olub: badam, fıstıq və qoz.

Tədqiqatlar göstərdi ki, II tip şəkərli diabet xəstələri gecə onları qəbul edənkən qan şəkərinin səviyyəsini sabitləşdirir və ürək-damar xəstəlikləri riskini azaldır.

Ən sağlam qəlyanaltı isə şəkərsiz yunan qatığı olacaq, çünki tərkibində yüksək keyfiyyətli zülallar və kalsium var.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
407 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti