Metronun “Elmlər Akademiyası” stansiyasında sərnişin axınının çoxluğunu nəzərə alaraq, tənzimlənmə mexanizmləri sərnişin təhlükəsizliyi tələblərinə əməl olunmaqla həyata keçirilir”.
Xezerxeber.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədov bildirib ki, stansiyanın tamamilə bağlanması şayiədir: “Bəzi şayiələr yayılır ki, guya stansiyanın girişi tam bağlanılıb, içəri adam buraxılmır. Belə bir hal yoxdur. Tam məhdudlaşdırmadan söhbət getmir, sadəcə tənzimləmə aparılır".