Xəzər Xəbər

Yasamalda yeni qaz boruları çəkilir: Abonentlərin təchizatı yaxşılaşdırılır

Bakının Yasamal rayonunda iki küçədə istismar müddəti başa çatan qaz xətlərinin yenilənməsi işləri həyata keçirilir. 
Cəmiyyət | 15:54 • 20 Fevral 2021
Yasamalda yeni qaz boruları çəkilir: Abonentlərin təchizatı yaxşılaşdırılır

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə,  K.Kazımzadə küçəsində vaxtı ilə polad boru ilə çəkilmiş qaz xətti diametri 250 mm olan polietilen boru ilə əvəzlənir. 480 metr uzunluğunda çəkilən yeni qaz xətti hazır olduqdan sonra iki min əhali abonentinin, 250-dək qeyri-əhali istehlakçısının qaz təchizatı normal şəkildə tənzimlənəcək.

20 min abonentin təbii qaza olan tələbatını fasiləsiz və təhlükəsiz şəkildə təmin etmək məqsədi ilə Yasamal rayonunun M.Həmidov küçəsində də təmir işləri həyata keçirilir. İstismar müddəti başa çatmış polad boru ilə çəkilmiş qaz xətti uzunluğu 400 metr, diametri 400 mm olan polietilen boru ilə əvəzlənir.

Hər iki küçədə qaz xətlərinin yenilənməsi işlərini “Azəriqaz” İstehsalat Birliyinin təmir-tikinti idarəsi icra edir.

Xəbər lenti