Xəzər Xəbər

Bakıda 9 avtomobil əzilib - Dəymiş ziyanı kim ödəməlidir? - VİDEO

Veb TV | 19:47 • 3 May 2019
Bakıda 9 avtomobil əzilib -

Ötən gün Bakıda sərxoş şəxsin qonşusunun avtomobili ilə 9 nəqliyyat vasitəsini əzməsi ilə bağlı xəbər vermişdik.

Həmin vaxt ən az zədələnən avtomobilə 1500-2000 manat ziyan dəydiyi bildirilirdi. Bəs belə olduqda avtomobillərə dəymiş zərəri sığorta şirkəti, yoxsa hadisəni törədən şəxs ödəməlidir?

Xezerxeber.az-ın məlumatına görə, binanın qarşısında park edilmiş avtomobillərin zəncirvari əzilməsi dəymiş zərəri gündəmə gətirib. Söhbət ötən gün paytaxtın Binəqədi rayonu ərazisində Sənan Kərimov adlı şəxsin qonşusuna məxsus avtomobillə sərxoş vəziyyətdə 9 maşını əzməsindən gedir. Həmin vaxt zərərçəkmişlər bildirdilər ki, ən az zədələnmiş avtomobilə 1500-2000 manat məbləğində zərər dəyib.

Ekspertlər bildirirlər ki, dəymiş zərər qəza törədilən avtomobilin sığorta şirkəti tərəfindən ödənilməlidir.

Bəs hadisə zamanı bir avtomobilə 4-5 min manat zərər dəyibsə, bu halda necə olacaq?

Sığorta eksperti Nicat Əlibəyli deyir ki, ödəniləcək 5 min manat zərərçəkmişlər arasında müəyyən faiz nisbətində bölünəcək.

Sürücü Sənan Kərimov sərxoş vəziyyətdə hadisə törətdiyindən sığorta şirkəti də həmin şəxsi qaydalara uyğun olaraq məhkəməyə verməklə dəymiş 5 min manat məbləği geri alacaq.

Qeyd edək ki, hadisə ilə bağlı dəymiş zərər və Sənan Kərimov barəsində Binəqədi rayon polis idarəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti