Xəzər Xəbər

Prezidentin köməkçisi: Azərbaycan ən təhlükəsiz və effektli vaksini əldə edib

Gündəm | 11:48 • 16 Yanvar 2021
Prezidentin köməkçisi: Azərbaycan ən təhlükəsiz və effektli vaksini əldə edib

"Vaksinasiya məsələsi daim ölkə rəhbərliyinin, xüsusilə Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Onların sayəsində ölkəmizdə yanvarın 18-dən vaksinasiya prosesinə başlanılır”.


Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.


Onun sözlərinə görə, vaksinasiya prosesi yalnız qabaqcıl ölkələrdə başlayıb:


"Azərbaycan ən təhlükəsiz və effektli vaksini əldə edib. Artıq ilk partiya gəlib. Yanvarın 18-dən ilk olaraq tibb işçilərinin vaksinasiyasına başlanılacaq. Daha sonra fevralın 1-dən isə yaşı 65 dən yuxarı olan şəxslərin vaksinasiyasına başlanılacaq”

Xəbər lenti