Xəzər Xəbər

Hər bir vətəndaşın vaksinasiyada aktiv iştirakı vacibdir – Şahmar Mövsümov

Cəmiyyət | 12:27 • 16 Yanvar 2021
Hər bir vətəndaşın vaksinasiyada aktiv iştirakı vacibdir – Şahmar Mövsümov

Azərbaycanda koronavirusadan ölənləin sayı digər ölkələrdə ölənləin sayından azdır. Ancaq biz yenə də diqqətli olmalı və karantin qaydalarına əməl etməliyik.


Bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün Operativ Qərərgahın brifinqində deyib.


Ş.Mövsümov bildirib ki, vətəndaşlar vaksinasiya prosesində aktiv iştirak etməlidir: "Biz hər birimiz vaksinasiyada aktiv iştirak etməliyik. Koronavirusa qalib gəlmək üçün iki istiqamət var.


Bunlar karantin qaydalarına əməl etmək və peyvəndləmədə aktiv iştrak etməkdir. Biz açılmalara müəyyən mərhələlərlə gedəcəyik. Lakin bunun üçün çox vacibdir ki, vaksinasiya prosesində aktiv iştirak edək. Ümid edirəm ki, bütün Azərbaycan xalqı peyvəndləmədə aktiv iştirak edəcək və biz bu yolla koronavirusa son qoyacağıq”.

Xəbər lenti