Xəzər Xəbər

AZAL “Boeing 737 MAX-8” təyyarələrini almaqdan imtina edib

İqtisadiyyat | 13:17 • 3 İyun 2019
AZAL “Boeing 737 MAX-8” təyyarələrini almaqdan imtina edib

"Azərbaycan Hava Yolları” QSC "Boeing 737 MAX-8” təyyarələrini almaqdan imtina edib.


Bu barədə AZƏRTAC-a "Azərbaycan Hava Yolları”nın prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.


Onun sözlərinə görə, ötən müddətdə "Boeing 737 MAX-8” hava gəmiləri ilə baş verən 2 aviasiya qəzasının təhlili nəticəsində AZAL mövcud müqaviləyə xitam verilməsi üçün "Boeing” korporasiyası müraciət edib.


Qeyd edək ki, AZAL ilə "Boeing” korporasiyası arasında imzalanmış sazişə əsasən, bu ilin sonundan etibarən Azərbaycana 3 il ərzində ümumilikdə 10 ədəd "Boeing 737 MAX-8” tipli təyyarə gətirilməli idi.


Xatırladaq ki, ötən il oktyabrın 29-da və bu il martın 10-da bu tip iki təyyarə qəzaya uğrayıb. Bir sıra aviaşirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənədək "Boeing 737 MAX-8” tipli təyyarələrin istismarını müvəqqəti dayandırdıqlarını bildiriblər.

Xəbər lenti