Xəzər Xəbər

Etibar Mirzəyev partlayışa görə Xırdalana getdi VİDEO

Veb TV | 21:49 • 25 Yanvar 2021
Etibar Mirzəyev partlayışa görə Xırdalana getdi

Xəbər verildiyi kimi, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı aparılır.

XəzərXəbər xəbər verir ki, hadisə ilə əlaqədar Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

Xəbər lenti