Xəzər Xəbər

Xırdalanda GÜCLÜ PARTLAYIŞ: Dağıntılar altından 6 nəfər çıxarıldı - VİDEO

Veb TV | 21:42 • 25 Yanvar 2021
Xırdalanda GÜCLÜ PARTLAYIŞ:

25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb.

FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri uşaq olmaqla altı nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.


Xəbər lenti