Xəzər Xəbər

Azərbaycan Kubokunda sensasiya: "Sabah" "Kəpəz"ə uduzdu

İdman | 18:56 • 25 Yanvar 2021
Azərbaycan Kubokunda sensasiya: "Sabah" "Kəpəz"ə uduzdu

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Son oyun günündə üç qarşılaşma keçirilib.

"Qəbələ" səfərdə 1-ci divizion təmsilçisi "Turan Tovuz”un qonağı olacaq. 2:0 hesabı ilə qalib gələn qonaqlar mərhələ adlayıb. "Qırmızı-qaralar" 1/4 finalda "Qarabağ”la qarşılaşacaq.

Divizion klubu "Qaradağ Lökbatan” elita təmsilçisi "Zirə”ni qəbul edib. Rəqibini 4:0 hesabı ilə məğlub edən "Zirə" mərhələ adlayıb. "Qartallar"1/4 finalda "Neftçi"yə rəqib olub.

Premyer Liqanın digər təmsilçisi "Sabah” evdə aşağı liqa klubu "Kəpəz”i qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Gəncə təmsilçisi1/4 finalda "Keşlə" ilə üz-üzə gələcək.

1/8 finalın ilk oyun günündə "Zaqatala”nı 3:2 hesabı ilə məğlub edən "Səbail" növbəti mərhələyə yüksəlib. "Dənizçilər" 1/4 finalda "Sumqayıt"la qarşılaşacaq.

25 yanvar

Azərbaycan kuboku

1/8 final

25 yanvar

"Turan Tovuz" – "Qəbələ" - 0:2

Qollar:Stefan Vukçeviç, 32, Cemys Adeniyi, 45+2

Hakimlər:Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz şəhər stadionu, 14:00

"Qaradağ Lökbatan" – "Zirə" - 0:4

Qollar:Nemanya Andelkoviç, 12, David Volkov, 27, 45+1, Musa Qurbanlı, 30

Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
"Dalğa Arena”, 16:00

"Sabah" – "Kəpəz" - 1:2

Qollar:Filip İvanoviç, 45+1 - Samir Qurbanov, 68, Əli Səmədov, 84

Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
"Bank Respublika Arena”, 17:00.

Xəbər lenti