Xəzər Xəbər

İrəvanda Paşinyan əleyhinə aksiya keçirilib VİDEO

Veb TV | 21:35 • 24 Yanvar 2021
İrəvanda Paşinyan əleyhinə aksiya keçirilib

Ermənistanda siyasi mənzərə ölkənin milli pul vahidi dram kimi drammatikdir. Burada bir müddətdir ki həftəsonu səhəri də etiraz aksiyaları ilə açılır. Sakinlər deyir ki, o zaman həftəsonu istirahət edərik ki , baş nazir Nikol Paşinyan istefa versin. Paytaxt İrəvan başda olmaqla bir sıra şəhərlərdə bu gün paşinyanın istefası tələbi ilə avtoyürüş keçirilib. Polislə etirazçılar arasında qarşıdurma yaşanıb.



Ermənistanda gərgin siyasi vəziyyət davam edir.


Bu gün də paytaxt İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilib. Baş nazirə qarşı etiraz edən vətəndaşlar paytaxtda avtomobillərlə yürüş ediblər.


Aksiya iştirakçıları Paşinyanı vəzifəsindən istefa verməyə çağırıblar. Onlar "Satqın Nikol, istefa!", "Nikol, rədd ol" və digər şüarlar səsləndiriblər və onun şəkilləri əks olunan plakatlarını öz avtomobillərinə yapışdırıblar.


Avtoyürüş sonda Respublika meydanında başa çatdırılıb. Lakin burada polislərlə etirazçılar arasında qarşıdurma yaşanıb.


Nəticədə bir neçə nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanıb. Onların arasında "Vətən" partiyasının üzvü Babken Arutyunyan da var.


Həmçinin paytaxtdan başqa digər şəhərlərdə də baş nazir Nikol Paşinyanın istefası tələbi ilə avtoyürüşlər keçirilib.


Xatırladaq ki, müxalifət ötən bazar günü də paytaxtda avtomobil yürüşü keçirib. Aksiyanın iştirakçılarından biri polis tərəfindən saxlanıb.


Xəbər lenti