Xəzər Xəbər

Puarye Makqreqordan revanşı aldı VİDEO

Veb TV | 11:45 • 24 Yanvar 2021
Puarye Makqreqordan revanşı aldı

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorla Dastin Porye arasındakı görüş başa çatıb.


Əbu-Dabidə keçirilən döyüşdə Dastin Porye qələbə qazanıb.


Döyüş ikinci raundda texniki nokautla qurtarıb.


Bu, Makqreqorla Porenin ikinci qarşılaşmasıdır. Onlar altı il əvvəl də döyüşüblər, həmin vaxt irlandiyalı qələbə qazanıb.


Makqreqor UFC-də 22 dəfə qələbə qazanıb, 5 dəfə məğlub olub. Porye 27 döyüşdən qalib ayrılıb, 6 dəfə məğlubiyyətlə üzləşib.


Daha əvvəl bildirilib ki, karyerasını başa vurmuş Həbib Nurməhəmmədov Makqreqor-Porye döyüşünün qalibi ilə qarşılaşa bilər./report



Xəbər lenti