Xəzər Xəbər

İmişlidə COVID-19 əleyhinə vaksinasiya başlanıb - VİDEO

Veb TV | 20:59 • 23 Yanvar 2021
İmişlidə COVID-19 əleyhinə vaksinasiya başlanıb -

İmişlidəCOVID-19 əleyhinə peyvəndləmə prosesinə başlanıb.

Xezerxeber.az-ın məlumatına görə, ilkin mərhələdə xəstəxananın tibb heyəti vaksinasiyaya cəlb olunub.

Rayonda ümumilikdə bu işlərin görülməsi üçün 40 nəfərlik heyət ayrılıb.

İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elnur Qasımovun sözlərinə görə, vaksinasiya üçün qeydiyyat və 2 gözləmə otağı təşkil edilib.

Peyvənd vurulan vətəndaşların nəzarətdə saxlanması üçün ayrıca 2 otaq yaradılıb. Peyvənd vurulan vətəndaş burada 20-30 dəqiqə nəzarətdə saxlanılır.

Həmçinin məntəqədə təcili tibbi yardım otağı da fəaliyyət göstərir ki, bu da vaksinləmə zamanı hər hansı allergik reaksiya və ya digər əlamət özünü göstərərsə, zəruri tibbi yardımın göstərilməsinə imkan verir.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:

Xəbər lenti

Çox oxunanlar