Xəzər Xəbər

Təhsil naziri müəllimlərin sertifikasiyasından danışdı - VİDEO

Veb TV | 19:43 • 23 Yanvar 2021
Təhsil naziri müəllimlərin sertifikasiyasından danışdı -

Bu ilin ilk 6 ayı ərzində müəllimlərin sertifikasiyası nəzərdə tutulmayıb. Amma dəqiq vaxt bəlli olmasa da, müəllimlərin sertifikasiyası bu ilin prioritetləri arasındadır.

Təhsil naziri Emin Əmrullayev "Xəzər Xəbər"ə müsahibəsində belə deyib.

Nazir bildirib ki, işlər hazırlıq mərhələsindədir. Onun sözlərinə görə, işçi qrupu müəllimlərin sayı, prosesin necə başlanılmalı olduğunu müəyyən etdikdə, sertifikasiyanı aparmaq mümkün olacaq.

Nazir şagirdlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı prosesdən də danışıb.Bildirib ki, bu proses onlayn qaydada da keçirilə bilər.

Qeyd edək ki, fevral ayının 1-dən təhsil müəssisələrinin fəaliyyəti qismən və mərhələli şəkildə bərpa olunacaq.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:


Xəbər lenti