Xəzər Xəbər

Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər saxlanılıb

Region | 09:38 • 23 Yanvar 2021
Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər saxlanılıb

Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan xezerxeber.az-a  verilən məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları rayonun Çovdar kənd sakini Nəsib Musayevdən "Escort” markalı təklüləli 12 kalibirli, onun həmkəndlisi və qohumu Əfqan Musayevdən "İJ” markalı təklüləli 12 kalibirli, həmçinin digər həmkəndlisi və qohumundan "İJ” markalı təklüləli 16 kalibirli müvafiq sənədləri olmayan tüfənglər aşkar edərək götürüb.


Həmin şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590-cı maddəsi (Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) ilə protokol tərtib edilərək Daşkəsən rayon Məhkəməsinə göndərilib.

Xəbər lenti