Xəzər Xəbər

Azərbaycanda MÜHÜM YENİLİK: Bundan sonra sürücülərin... VİDEO

Veb TV | 20:45 • 22 Yanvar 2021
Azərbaycanda MÜHÜM YENİLİK: Bundan sonra sürücülərin...

Sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi də aradan qaldırılacaq. Təbii ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik qəbul olunsa. Digər təklifə əsasən, avtoxuliqanlığın müəyyən edilməsi üçün konkret nüanslar da göstərilib. Layihədə sürücülərin xeyrinə bəzi başqa təkliflər də var.


Avtoxuliqanlığın aşkarlanması yeni qaydada müəyyənləşəcək.


Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir. Layihəyə əsasən, sürücü 3 halda avtoxuliqan kimi müəyyənləşdiriləcək.


Təklif edilən digər dəyişikliyə görə, sürücü dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmçinin, sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbinin də aradan qaldırılması nəzərdə tutulur. Şəxsin nəqliyyat vasitələrini idarə etmək və onun avtomobilə sahiblik hüququnun olub-olmadığı Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanacaq. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bəzi cərimə ballarının arıtırılması da təkliflər arasındadır.


Avtomobil yollarında baş verən kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçün də qanuna dəyişiklik edilir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilməyəcək.


Xəbər lenti